Ramil Usubov polkovniki rəis göndərdi

Ramil Usubov polkovniki rəis göndərdi
  27 Noyabr 2014    Oxunub:2288
Azərbaycan Daxili İşlər Nazirliyində (DİN) növbəti kadr təyinatı olub.
"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, nazir, general-polkovnik Ramil Usubovun əmri ilə Xəzər Rayon Polis İdarəsinin (RPİ) İstintaq şöbəsinin rəisi, polis polkovnik-leytenantı Zaur Şirinov işdən azad olunaraq Yasamal RPİ-nin İstintaq şöbəsinə rəis təyin olunub.

Nazirin digər əmri ilə Yasamal RPİ-nin müstəntiqi, polis mayoru Erol Əliyevin vəzifəsi artırılıb. E.Əliyev Xəzər RPİ-nin İstintaq şöbəsinə rəis təyin edilib.

DİN-in mətbuat xidməti faktı təsdiqləyib.


Teqlər:





Xəbər lenti