Ramil Usubov 76 gənci polisə götürdü

Ramil Usubov 76 gənci polisə götürdü
  25 Oktyabr 2014    Oxunub:2197
Azərbaycan Respublikasının daxili işlər naziri, general-polkovnik Ramil Usubov oktyabrın 25-də Gəncə şəhərində növbəti qəbul keçirib.
Daxili işlər Nazirliyindən daxil olan məlumata görə, Şəhər Baş Polis İdarəsində Gəncə, Göygöl, Kəlbəcər, Samux, Şəmkir, Ağstafa, Tovuz, Gədəbəy, Qazax, Daşkəsən şəhər və rayonlarından olan sakinlərin, eyni zamanda, bölgədə məskunlaşmış qaçqın və məcburi köçkünlərin bir qrupunu qəbul edən nazir onların müraciətlərini dinləyib, qaldırılan məsələlərin operativ şəkildə həlli üçün konkret tapşırıqlar verib.

Müraciətlərin böyük əksəriyyəti qanunvericiliyə uyğun şəkildə elə yerindəcə öz həllini tapıb. Polis fəaliyyətinə aid olmayan ərizələrin isə baxılması üçün aidiyyatı dövlət orqanlarına göndəriləcəyi nəzərə çatdırılıb.

Kütləvi informasiya vasitələrində öncədən verilmiş elanlara uyğun olaraq, sözügedən rayonlarda yaşayan, polisin sıravi və kiçik rəis heyəti vəzifələrində xidmət etmək arzusunda olan 338 nəfər də qəbulda iştirak edib. Daxili işlər naziri Ramil Usubov onların arasından xidmətə daha yararlı və hazırlıqlı olan 76 gəncin, o cümlədən 7 qızın sənədlərinin hazırlanması üçün Baş Kadrlar İdarəsinin rəhbərliyinə müvafiq tapşırıq verib.


Teqlər:  





Xəbər lenti