Ramil Usubov Qazaxa yeni rəis təyin etdi

Ramil Usubov Qazaxa yeni rəis təyin etdi
  22 Fevral 2017    Oxunub:5262
Qazax rayonuna yeni polis rəisi təyin olunub.
AzVision.az APA-ya istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə polis polkovnik-leytenantı Ədalət Əliyev Qazax RPŞ-nin rəisi vəzifəsinə təyin olunub.

Ə.Əliyev yeni vəzifəyə təyinat almamışdan əvvəl Bakının Nizami Rayon Polis İdarəsində əməliyyat işləri üzrə rəis müavini vəzifəsində çalışıb.

Qeyd edək ki, Qazaxın keçmiş polis rəisi, polis polkovniki Natiq Həsənov ötən ilin dekabr ayında əməliyyatdan sonra dünyasını dəyişmişdi.

AzVision.az


Teqlər:





Xəbər lenti