Ramazan bayramında iki gün iş olmayacaq

Ramazan bayramında iki gün iş olmayacaq
  24 İyun 2016    Oxunub:4270
Bu il Azərbaycanda Ramazan bayramı ilə əlaqədar 2 gün qeyri-iş günü olacaq.
AzVision.az-ın məlumatına görə, bu, Nazirlər Kabinetinin 24 dekabr 2015-ci il tarixli qərarında əksini tapıb.

Qərara əsasən iyulun 6 və 7-si Ramazan bayramıdır.

Qeyd edək ki, Əmək Məcəlləsinə və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin "2016-cı ildə Novruz, Ramazan, Qurban bayramları haqqında” 24 dekabr 2015-ci il tarixli 402 nömrəli qərarına əsasən, 6, 7 iyul (Ramazan bayramı), 12, 13 sentyabr (Qurban bayramı), 9 Noyabr (Azərbaycan Respublikasının Dövlət Bayrağı günü), 31 Dekabr (Dünya Azərbaycanlılarının Həmrəyliyi günü) günləri də iş günü hesab edilmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti