Radikalların referendum təxribatı - FOTO

Radikalların referendum təxribatı - FOTO
  26 Sentyabr 2016    Oxunub:4089
Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanda ümumxalq səsverməsi (referendum) keçirilir. Referendum günü radikal müxalifət təmsilçiləri sosial şəbəkələr vasitəsilə seçicilərə təxribatçı çağırışlar edirlər.

Hər vəclə referenduma ləkə salmağa çalışan təxribatçı Həbib Müntəzir “Facebook”dakı paylaşımında insanları səsverməyə gedərkən bülletenləri korlamağa, üzərini yazmağa çağırıb.

Nəzərə alsaq ki, hər bir büllüten bir vətəndaşın səsi, iradəsi deməkdir. Bunun qəsdən korlanması Azərbaycana qarşı, səsvermədə iştirak edən seciçilərə qarşı sayğısızlıqdır.

Seçmək hüquq olan hər bir vətəndaşın seçkidə iştirak etməsi onun qanunla təmin edilmiş hüququdur. Qanunla kimsə məcburi şəkildə səsverməyə cəlb oluna və vətəndaşlara öz fikirlərini ifadə etməkdə zor tətbiq edilə bilməz. Həbib Müntəzir və onun kimi pozucular zorla insanlara öz fikirlərini yeritməyə, referendumu gözdən salmağa can atırlar.

“Facebook” sosial şəbəkəsində müxalifətçilərə məxsus “Azad söz” səhifəsi də eyni ssenarini davam etdirir. Həmin səhifədə müəllimlərə təxribatçı çağırış edilib.



Nəzərinizə çatdıraq ki, referendumla əlaqədar təşviqat kampaniyası sentyabrın 25-də başa çatıb və “sükut günü” elan edilib. Bu ərəfədə referendumun lehinə və əleyhinə çağırışlar etmək, reklam kampaniyası aparmaq qanunla qadağandır.

Radikallar bundan öncəki seçkilərdə olduğu kimi, yenə qanunun tələblərini pozaraq təxribatçı missiyalarını davam etdirirlər.

AzVision.az


Teqlər:  





Xəbər lenti