Qusara qar, Lənkərana leysan yağıb

Qusara qar, Lənkərana leysan yağıb
  09 Oktyabr 2015    Oxunub:2890
Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) oktyabrın 8-i gündüzdən 9-u səhərədək müşahidə olunmuş faktiki hava şəraiti ilə bağlı məlumat yayıb.
AzVision.az nazirliyin mətbuat xidmətinə istinadən xəbər verir ki, ETSN-in Milli Hidrometeorologiya Departamenti tərəfindən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisində oktyabrın 8-i gündüzdən 9-u səhərədək hava şəraiti qeyri-sabit keçib, şimşək çaxıb, yağış yağıb, bəzi yerlərdə intensiv, Lənkəran-Astara zonasında isə güclü olub.

Qubanın dağlıq ərazilərində sulu qar, Ləzədə qar yağıb, qar örtüyünün hündürlüyü 1 sm olub. Şimal-qərb küləyi ayrı-ayrı yerlərdə güclənib. Havanın temperaturu oktyabrın 8-də günün ikinci yarısından başlayaraq tədricən aşağı enib.


Teqlər:  





Xəbər lenti