Qurban bayramı ilə bağlı yarmarka təşkil ediləcək

Qurban bayramı ilə bağlı yarmarka təşkil ediləcək
  22 Sentyabr 2014    Oxunub:1573
Bakıda qurbanlıq heyvanların satışı təşkil ediləcək.
qtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, Qurban bayramı ilə əlaqədar əhalinin qurbanlıq heyvanlara olan tələbatının daha dolğun ödənilməsi, eləcə də süni qiymət artımının qarşısının alınması məqsədilə İqtisadiyyat və Sənaye Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və digər aidiyyəti dövlət orqanları tərəfindən heyvandarlıqla məşğul olan sahibkarlarla birlikdə bayram günlərində paytaxtda və Bakıətrafı qəsəbələrdə bazarlardakı qiymətlərlə müqayisədə daha ucuz qurbanlıq heyvanların satışı təşkil ediləcək.

İqtisadiyyat və Sənaye Nazirliyindən bildiriblər ki, satış yerlərinin ünvanları barədə əlavə məlumat veriləcək.


Teqlər:





Xəbər lenti