Qubernator icra başçısı ilə görüşdü - Foto

Qubernator icra başçısı ilə görüşdü - Foto
  22 Oktyabr 2014    Oxunub:1154
Rusiya Federasiyasının Həştərxan vilayətinin Qubernatoru Aleksandr Jilkinin rəhbərlik etdiyi nümayəndə heyəti Nərimanov Rayon İcra Hakimiyyətində İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ilə görüş keçirib.
AzVision.az xəbər verir ki, görüşdə Rusiya Federasiyasının Həştərxan vilayəti ilə Azərbaycan Respublikası arasında mövcud olan sosial-iqtisadi və mədəni əlaqələrin daha da gücləndirilməsi müzakirə olunub, həmçinin dövlətimiz tərəfindən Həştərxan şəhərində həyata keçirilmiş və perspektivdə nəzərdə tutulan layihələr barədə ətraflı fikir mübadiləsi aparılıb.

Qeyd olunub ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə Həştərxan şəhərində bir sıra mühüm sosial infrastruktur layihələri həyata keçirilib və bu işlərin gələcəkdə də davam etdirilməsi nəzərdə tutulub.

A.Fərzəliyev Azərbaycan tərəfindən Rusiya Federasiyasının Həştərxan vilayətində aparılan sosial əhəmiyyətli layihələrin daim Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın diqqət mərkəzində olduğunu vurğulayıb.


Teqlər:





Xəbər lenti