Qubada ev yanıb
Kənddə vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli mansard tipli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə, 2-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları 20 kv.m sahədə və mansardın yanar konstruksiyaları 60 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 01:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
Faktla bağlı araşdırma aparılır.