Quba rayonunda qəza- 1 nəfər ölüb

Quba rayonunda qəza- 1 nəfər ölüb
  01 Avqust 2015    Oxunub:3168
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Quba rayonu, Barlı kəndində (rayon mərkəzindən 15 km aralı) vətəndaşa məxsus “VAZ” markalı minik avtomobili ağaca çırpılması nəticəsində yol-nəqliyyat qəza hadisəsi baş verib.
AzVision.az FHN-nin rəsmi saytına istinadən xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “VAZ” markalı minik avtomobilinin sərnişini 1961-ci il təvəllüdlü Sevil İsif qızı Qasımova vəfat edib və deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Yanğınsöndürən-xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə sıxılmış vəziyyətdə qalmış meyiti avtomobildən çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 06:59-da başa çatıb.

AzVision.az


Teqlər:





Xəbər lenti