Quba-Bakı avtomobil yolu bağlanır

Quba-Bakı avtomobil yolu bağlanır
  27 May 2016    Oxunub:4085
Bakı-Quba yolunun Ceyranbatan qəsəbəsindən keçən 1 km uzunluğunda olan hissəsi mayın 30-dan bağlanacaq.
Aparılacaq təmir işləri ilə əlaqədar hərəkətin tam olaraq məhdudlaşdırılması yalnız bir istiqamət üzrə ( Bakı şəhəri istiqaməti ) tətbiq olunacaq.

“Azəravtoyol” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, təmir işləri aparılan müddət ərzində digər hərəkət hissəsi ilə ( Sumqayıt şəhəri istiqamətində ) avtonəqliyyat vasitələrinin 2 tərəfli hərəkəti təmin ediləcək.

AzVision.az


Teqlər:





Xəbər lenti