Qrad raketi və top mərmisinin qalıqları tapılıb

Qrad raketi və top mərmisinin qalıqları tapılıb
  23 Sentyabr 2016    Oxunub:1212
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) mütəxəssisləri sentyabrın 23-də Ağcabədi rayonunun Hacılar kəndində əkin sahəsində bir təhlükəli əraziyə baxış keçiriblər. Baxış zamanı partlamamış hərbi sursat aşkar edilməyib. Partlamış “9M22U” qrad raketi və top mərmisinin qalıqları aşkar edilərək götürülüb.
ANAMA-nın mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 7-dən sentyabrın 23-dək agentlik tərəfindən Zərdab, Tərtər, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Goranboy, Tovuz, Qazax, Ağstafa, Samux, Göygöl, Şəmkir, Cəlilabad, Ucar, Astara rayonlarında, Mingəçevir, Sumqayıt, Gəncə, Lənkəran, Şirvan və Bakı şəhərlərində ümumilikdə 646 ev və həyətyanı sahəyə, 3 hərbi hissəyə, 2 kənd qəbiristanlığına, 5 kənd orta məktəbinə, 1 tibb məntəqəsinə, 1 metal anbarına, 30 fermaya, əkin sahələrinə, 1 şərab zavoduna və 1 çınqıl karxanasına baxış olub. Nəticədə 3482 partlamamış hərbi sursat, piyada əleyhinə 15, o cümlədən üç “POMZ-2”, bir “OZM-72” və tank əleyhinə 41 mina aşkarlanaraq zərərsizləşdirilib.

AzVision.az


Teqlər:





Xəbər lenti