Qoruqda çətənə kolu əkən şəxs tutuldu
Faktla bağlı akt tərtib olunaraq ərazi nəzarətə götürülüb və sözügedən sahəyə foto-video tələ yerləşdirilib. 3 iyul tarixində əldə edilən video görüntülər nəticəsində ərazidə bir nəfər şübhəli şəxs saxlanılıb.
Qanun pozucusunun şəxsiyyətinin müəyyən olunması və barəsində qanuna müvafiq tədbirlərin görülməsi üçün Zaqatala Dövlət Təbiət Qoruğu tərəfindən Balakən rayon polis şöbəsinə müraciət edilib. Faktla bağlı istintaq tədbirləri aparılır.
Zaqatala Dövlət Təbiət Qoruğunun ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirləri çərçivəsində narkotik xassəli bitkilərin qanunsuz əkildiyi və yabanı halda bitdiyi yerlərin müəyyən edilməsi istiqamətində reydlər davam etdirilir.