Qızmar istilər başlayır - 36 dərəcə isti olacaq

Qızmar istilər başlayır - 36 dərəcə isti olacaq
  28 May 2015    Oxunub:8557
Mayın 29-da Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında səhər bəzi yerlərdə zəif duman olacaq, cənub küləyi axşam mülayim şimal küləyi ilə əvəz olunacaq.

Abşeronda havanın temperaturu gecə 18-22 dərəcə, gündüz 29-33 dərəcə isti təşkil edəcək. Bakıda isə havanın temperaturu gecə 20-22, gündüz 31-33 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında havanın yağmursuz keçəcəyi gözlənilir, qərb küləyi əsəcək, arabir ayrı-ayrı yerlərdə güclənəcək. Havanın temperaturu gecə 17-22, gündüz 31-36 dərəcə isti təşkil edəcək.

Dağlarda isə havanın temperaturu gecə 11-15, gündüz 20-25 dərəcə isti olacaq.


Teqlər:





Xəbər lenti