Qızıl, brilliant və siqaret bahalaşacaq

Qızıl, brilliant və siqaret bahalaşacaq
  04 Mart 2015    Oxunub:4209
“Qızıl, briliant, gümüş və tütün məmulatlarının qiyməti artırılacaq və bu artım martın 1-dən qüvvəyə minib”.

Bunu AzVision.az-a açıqlamasında Milli Məclisin deputatı Vahid Əhmədov deyib. Onun sözlərinə görə, siqaretin qiyməti ola bilsin ki, müəyyən qədər stabil qalacaq:

“Belə ki, anbarda ola bilər ki, ehtiyyat qalsın. Hələ ki, siqaretin qiyməti aşağı səviyyədə saxlanılır. Amma aksiz dərəcələri artdığı üçün onların qiymətində artım olmalıdır”.

Millət vəkili bildirib ki, ümumiyyətlə manatın devalvasiyası ilə bağlı artım gözləniləndir: “Xüsusilə xaricdən idxal olunan ərzaq və qeyri-ərzaq məhsullarında, dərman preparatlarının qiymətində 10-12 faiz səviyyəsində artım olar bilər. Dərman preparatlarının qiymətinin tənzimlənməsi ilə bağlı qanun qəbul etmişik və qiymətlər tənzimlənməlidir. Amma xaricdən gətirilən məhsullarının qiymətində müəyyən qədər artımlar olacaq”.

Qeyd edək ki, martın 1-də “Azərbaycan Respublikasının ərazisinə gətirilən aksizli malların aksiz dərəcələri”nin yeni redaksiyası qüvvəyə minib.

Anar Kəlbiyev


Teqlər:





Xəbər lenti