Qız Qalasındakı şou intihara görə təxirə salındı

Qız Qalasındakı şou intihara görə təxirə salındı
  25 Noyabr 2014    Oxunub:1938
Bu axşam Bakıda keçirilməsi nəzərdə tutulan möhtəşəm şou təxirə salınıb.
"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi mətbuat xidmətinin rəhbəri Rahib Azəri bildirib ki, Avropa Oyunları ilə bağlı Qız qalası ətrafında keçirilməsi nəzərdə tutulan "İşıq" şousu intihar hadisəsi səbəbindən təxirə salınıb.

Onun sözlərinə görə, Avropa oyunlarına 200 günün qalması ilə bağlı tədbirin keçirilib-keçirilməyəcəyi Gənclər və İdman Nazirliyindən asılıdır: "Çünki təşkilatçı onlardır".

Qeyd edək ki, bu gün gunorta saatlarında bir nəfər Qız Qalasından özünü ataraq həyatına son qoyub.


Teqlər:





Xəbər lenti