Qiyamda tutulan 1200 hərbçi azad edildi

Qiyamda tutulan 1200 hərbçi azad edildi
  23 İyul 2016    Oxunub:1707
Türkiyədə dövlət çevrilişi cəhdində iştirak edən 1200 hərbçi sərbəst buraxılıb.
AzVision.az xəbər verir ki, Ankara Prokurorluğunun təqdimatı əsasında sıravi əsgərlərin azadlığa buraxılmasına qərar verilib.

Prokurorluğun məhkəməyə göndərdiyi təqdimatda bildirilib ki, həmin 1200 əsgərin hərbi çevriliş cəhdində hər hansı rolu olmayıb:

“Bəzi əsgərlər nəyə alət olduqlarını bilməyiblər. Xalqa atəş açmayan, onların üzərinə hərbi maşın sürməyən, nə olduğunu bilməyən hərbçiləri qısa müddətdə ayırd edəcəyik”.

AzVision.az




Teqlər:  





Xəbər lenti