Qışda xəstələnmək istəmirsinizsə, bu xəbəri oxuyun!

Qışda xəstələnmək istəmirsinizsə, bu xəbəri oxuyun!
  25 Oktyabr 2016    Oxunub:10267
“Qış fəslində insanların resperatur infeksiyalara yoluxma ehtimalı çoxdur. Çünki resperatur virus infeksiyalarının törədiciləri soyuq temperaturda dözümlüdür və mənfi 20 dərəcədə qala bilir. Bu dözümlülük onların yayılmasına şərait yaradır”.

Bunu AzVision.az -a respublikanın baş infeksionisti Cəlal İsayev deyib. O qeyd edib ki, soyuq fəsillərdə insanların immun sistemi zəifləyir. Ona görə də qrip, para qrip, adino virus, resperator infeksiyaları insanlar arasında inkişaf tapır yayılır.

“İnsanların ictimai yerlərdə, avtobuslarda olması, xəstə şəxslərlə təmas ehtimalının çox olması virusların yayılmasına təsir edir. Xəstəliyin klinik gedişi buna şərait yaradır. Müasir dövrdə insan immun qlobin sisteminə bir çox faktorlar təsir göstərir. Psixoloji gərginlikdən tutmuş yeyilən qidaların hamısı burada mühüm rol oynayır. Hər il yeni qrip və digər resperatur virus infeksiyaları yaranır. Hər yeni yaranan virusun yaratdığı xəstəlik özündən əvvəlkindən bir qədər ağır keçir. Bunu orqanizm tanımır və insan yoluxan zaman xəstəliyi bir qədər gərgin keçirir. Adətən yeni qrip virusları ağır infeksiyalara gətirib çıxara bilir. Lakin onların diaqnostikası çətinlik törətir və adi klinikalarda diaqnoz qoyulmaq çətin olur. Virusu müəyyənləşdirmək üçün yüksək spesifikliyə malik labarator müayinələri apara bilmək təlabatı yarandığından çox zaman onlar diaqnozdan kənar qalır. Buna görə də xəstəliyin kliniki gedişinə görə müəyyən ehtimalları irəli sürə bilirik. Bir şey yaxşıdır ki, xəstəliyin müalicə profilaktika tədbirləri demək olar ki, oxşardır və eyni istiqamətdə aparılır”.

Baş infeksionist bildirib ki, payızın başlanması ilə xəstəliklərin yayılması halı çoxalır: “Xəstəlikdən qorunmaq üçün düzgün qidalanmaq lazımdır. Vitaminlər, zülalarla, meyvə-tərəvəzlə zəngin qidalar qəbul etməyimiz vacibdir. Bu dövrdə xalq təbabətində geniş istifadə olunan sarımsaqdan və soğandan hər gün istifadə olunmalıdır. Bitki tərkibli çaylardan-kəklioptu, zəncəfil, zəfərən çayı, çökə çiçəklərinin çayı çox yaxşı effektə malikdir. Qara çaydan deyil, yaşıl çay və ot qarışıqlarından ibarət çaylardan istifadə olunsun. Təmiz havada gəzmək, idmanla məşğul olmaq məsləhətdir”.

C. İsayev qripdən qorunmaq üçün vurulan peyvəndlərin ciddi oynamağıdığını vurğulayıb. “Qrip və ya reperatur infeksiyaları ilə bağlı peyvəndlər elə də rol oynamır. Peyvəndlər hər hansı ştama qarşı qoruyur, amma digər ştamdan qorumur. Burada peyvəndin profilaktika məqsədilə istifadə olunması bir o qədər əhəmiyyət kəsb etmir”.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti