Qəzzada ölənlərin sayı 500-ü ötdü

Qəzzada ölənlərin sayı 500-ü ötdü
  21 İyul 2014    Oxunub:963
İsrailin Qəzza zolağında başladığı hərbi əməliyyatlar zamanı ölən fələstinlilərin sayı 500-ü keçib.
Bu barədə AzVision.az “Frans Press” agentliyinə istinadən xəbər verir.

“Qəzza sektoruna edilıən hücumlar nəticəsində 501 insan ölüb, 3135 fələstinli isə yaralanıb” – deyə, məlumatda bildirilir.

Ötən gün həmçinin İsrail ordusu da xeyli itki verib. İsrail Müdafiə nazirliyinin yaydığı məlumata görə, 13 İsrail əsgəri fələstinlilər tərəfindən öldürülüb.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Eldar Tanrıverdiyev


Teqlər:  





Xəbər lenti