Qəzzada ölən fələstinlilərin sayı 800-ü keçdi

Qəzzada ölən fələstinlilərin sayı 800-ü keçdi
  25 İyul 2014    Oxunub:818
İsrailin Qəzzada başladığı hərbi əməliyyatlardan sonra ölən fələstinlilərin sayı 816-ya çatıb.
Bu barədə AzVision.az “Reuters”ə istinadən xəbər verir.

Fələstin Səhiyyə Nazirliyinin məlumatlarına görə, hərbi əməliyyatların başladığı 18 gün ərzində 816 fələstinli qətlə yetirilib, 5,3 min insan isə yaralanıb. Ötən gün isə əməliyyatlar nəticıəsində 18 fələstinli həlak olub.

Qeyd edək ki, iyulun 8-də İsrail ordusu HƏMAS qruplaşmasına qarşı “Sarsılmaz Qaya” adlı hərbi əməliyyatın keçildiyini elan edib.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti