Qəza zamanı Azərbaycan Rusiyaya enerji ötürüb

Qəza zamanı Azərbaycan Rusiyaya enerji ötürüb
  24 Avqust 2016    Oxunub:2548
Ötən gün Rusiya Federasiyasının Sverdlovski vilayətində yerləşən gücü 3800 meqavat olan “Reftinski” Dövlət Rayon Elektrik Stansiyasında baş vermiş qəza nəticəsində Sibir enerjisistemi şəbəkədən açılmış, enerjissitemdə güc çatışmamazlığı yaranıb.
Azərenerji” ASC-nin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nəticədə 600 mindən çox əhali, həmin ərazidə olan sənaye müəssisələri elektrik enerjisiz qalıb.

“Azərenerji”-dən bildirilir ki, Rusiya Federasiyasının enerjisistemində baş vermiş sistem qəzası zamanı Azərbaycan öz köməyini əsirgəməyib. Belə ki, Rusiya Sistem Operatorunun müraciəti əsasında ölkə enerjisisteminin ehtiyat gücü hesabına qəza baş verən andan başlayaraq, qəzanın fəsadları aradan qaldırılana kimi qonşu ölkəyə fasiləsiz olaraq 200 meqavat gücündə enerjinin ötürülməsi təmin edilib.

AzVision.az


Teqlər:





Xəbər lenti