Qənirə Paşayeva qəhrəman polisdən yazdı

Qənirə Paşayeva qəhrəman polisdən yazdı
  06 İyul 2015    Oxunub:3702
Millət vəkili Qənirə Paşayeva iki insanı xilas edərək, özü həlak olan polis çavuşu Zaur Nurəliyevin qəhrəmanlığı haqda fikirlərini bölüşüb.

O, öz facebook profilində yazıb ki, Zaur Nurəliyevin qəhrəmanlığı hamımızı duyğulandırıb: “Gözəl bir örnək göstərən qardaşımızdır və hər zaman könüllərdə yaşayacaq. Cənnəti qazanaraq getdi bu dünyadan. Ona Allahdan rəhmət, əzizlərinə səbr diləyirəm. Ondan yadigar qalan 40 günlük körpəsi və əziz xanımı millətimizə əmanətdir və təbii ki, hər zaman onlara dəstək olmalıyıq. Başqasını xilas etmək üçün canından belə keçməyə hazır olan insanların varlığı insana güc verir. Nur içində yat Zaur qardaşımız”.


Teqlər:





Xəbər lenti