Qəbiristanlıqda intihara cəhd

Qəbiristanlıqda intihara cəhd
  28 May 2015    Oxunub:1420
Azərbaycanın Şamaxı rayon sakini intihara cəhd edib.

Hadisə Şamaxı şəhərindəki “Yeddi Gümbəz” qəbiristanlığında qeydə alınıb. Şəhər sakini, 1983-cü il təvəllüdlü Bəşirov Elbrus Əlbəşir oğlu məzarlıqdakı ağacdan özünü kəndirlə asıb. Bunu görən yaxınlıqdakı insanlar onu xilas edərək, Şamaxı Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar. Reanimasiya şöbəsinə yerləşdirilən Elbrus Bəşirov koma vəziyyətindədir. Rusiyada yaşayan və bu günlərdə Şamaxıya qayıdan iki övlad atası E.Bəşirovun özünə qəsd etməsinin səbəbi məlum deyil.

Faktla bağlı Şamaxı rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. (Apa)



Teqlər:





Xəbər lenti