Qəbələdə 5 metr hündürlüyündə tar

Qəbələdə 5 metr hündürlüyündə tar
  27 İyul 2014    Oxunub:1259
Qəbələdə musiqi bayramı ab-havası hökm sürür. Bu gün də davam edən 6-cı musiqi festivalının rəsmi simvolu dəyişib. Bununla da indiyə qədər ən böyük musiqi aləti hesab olunan ağ royalın rekordu dəyişilib. 5 metr hündürlüyündə olan yeni böyük alət tar təqdim olunub.
ANS TV-nin məlumatına görə, 6-cı Qəbələ musiqi Festivalı nəinki musiqiləri, hətta tərtibatda olan bir sıra yenilikləri ilə də yadda qaldı.

Təşkilatçılar əsas konsertlərin keçirildiyi məkanda xüsusi bayram ab-havası yaratmışdı. Güllərlə bəzədilməklə xüsusi qablarında hazırlanan təqvim tablosu hər gün elekton sayağı dəyişilərək, qonaqlara festival proqramının dəqiq gününü xatırladır. Ən maraqlısı isə VI festival üçün xüsusi musiqi alətlərinin hazırlanması idi.

Qəbələdə hazırlanan ağ mərmər royal isə 6-cı festivala kimi ən böyük musiqi aləti hesab olunurdu. Lakin bu möhtəşəm musiqi bayramına Qəbələ ustalarının milli musiqi alətı olan 5 metr hündürlüyü, 2 metrə yaxın eni olan möhtəşəm tar ağ royalın rekordunu yenilədi. Qəbələnin tanınmış məhsulu olan təmizlənmiş və qabıqlı fındıq dənələrindən hazırlanan tar festivalın bu ilki qeyri rəsmi simvoluna çevrildi.

Təşkilatçı Elbrus Özgel deyir ki, "10 gün ərzində hazırlanıb. Ümumi çəkisi 200 kq olan tarın hazırlanmasında 76 min ədəd Qəbələdə yetişən fındıqdan istifadə olunub. Bu festival başa çatandan sonra bu möhtəşəm musiqi aləti Bakıda Qız qalasına veriləcək".

Festivala bəstəkar Cövdət Hacıyevin oğlu, Kanadada yaşayan tanınmış musiqiçi İsmayıl Hacıyev də qatılmışdı.

Musiqiçi İsmayıl Hacıyev vurğulayır ki, "Azərbaycan musiqisini çalışıram ki, bütün dünyada təbliğ edəm. Azərbaycan musiqisi doğrudan da şərqi və qərbi birləşdirir. O güc onda var. Ü.Hacıbəyov dühası, muğam ən yüksək səviyyədə buna qadirdir".

Qeyd edək ki, festival öz işini daha bir neçə gün davam etdirəcək.


Teqlər:





Xəbər lenti