Qazaxıstanın müdafiə naziri Azərbaycana gəlir

Qazaxıstanın müdafiə naziri Azərbaycana gəlir
  18 Aprel 2014    Oxunub:920
Qazaxıstan Respublikası Müdafiə nazirinin Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, aprelin 21-də Qazaxıstan Respublikasının Müdafiə naziri cənab Serik Axmetovun Azərbaycan Respublikasına rəsmi səfəri planlaşdırılır.

Səfər proqramı çərçivəsində cənab S.Axmetovun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycan Respublikasının Müdafiə naziri general-polkovnik Zakir Həsənov ilə görüşü, Silahlı Qüvvələrin Hərbi Akademiyası və H.Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi ilə tanışlığı gözlənilir.

Səfər aprelin 22-dək davam edəcək.


Teqlər:





Xəbər lenti