Qazaxıstanda mistik yuxu xəstəliyi

Qazaxıstanda mistik yuxu xəstəliyi
  27 Noyabr 2014    Oxunub:1366
Qazaxıstan Səhiyyə və Sosial İnkişaf Nazirliyindən Trend-ə deyiblər ki, qəribə xəstəliyi araşdıran işçi qrupu bu xəstəliyin virus və bakteriya xassəsini istisna edir.

İlk dəfə 2013-cü ildə qeydə alınan xəstəliyə yoluxan insanlar iş yerlərində, məktəb partası arxasında yuxuya gedirlər və onları bir neçə sutka ərzində oyatmaq olmur. İndiyədək təqribən 60 nəfərdə bu xəstəlik qeydə alınıb.

Qazaxıstan və Rusiya alimləri fəal iş aparsa da, xəstəliyin səbəbini hələ də müəyyən etmək mümkün olmayıb. Bununla belə, tibbi tədqiqatlar həmin insanların sağlam olduğunu göstərir.

Bəzi versiyalara görə xəstəliyə səbəb uran zəhərlənməsi və radiasiya təsiridir. Belə ki, Kalaçi kəndi SSRİ dövründə uran filizinin çıxarıldığı Krasnoqorsk qəsəbəsinin yaxınlığında yerləşir. Lakin həmin mədən 1990-cı illərin əvvəllərində bağlanıb.

Lakin radiasiya sahəsində çalışanlar iddia edirlər ki, radiasiya yuxu effekti vermir. Digər versiyalar arasında zəhərlənmə, həşərat sancması, hətta "yadplanetlilərin təsiri" var.


Teqlər:





Xəbər lenti