Qazaxda yanğın - yaralı var

Qazaxda yanğın - yaralı var
  25 Oktyabr 2014    Oxunub:1216
AzVision.az FHN-in saytina istinadən xəbər verir ki, Qazax rayonunda vətəndaşa məxsus ümumi sahəsi 160 kv.m olan ikimərtəbəli 4 otaqdan ibarət fərdi yaşayış evinin iki otağı 70 kv.m, dam örtüyü 15 kv.m sahədə yanıb.

Yanğın nəticəsində evin sahibi müxtəlif dərəcəli yanıq xəsarəti alıb. Zərərçəkmiş yanğınsöndürənlər tərəfindən aidiyyəti üzrə təhvil verilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 18:40-da yanğınsöndürənlər tərəfindən söndürülüb.


AzVision.az


Teqlər:  





Xəbər lenti