Qazaxda xəstəxanada yanğın olub

Qazaxda xəstəxanada yanğın olub
  27 Avqust 2016    Oxunub:1714
Qazax rayonu, Daş Salahlı kəndində Səhiyyə Nazirliyinə məxsus kənd xəstəxanasında yanğın hadisəsi baş verib.
AzVision.az-ın Fövqəladə Hallar Nazirliyinin ( FHN) saytına istinadən verdiyi məlumata görə, ümumi sahəsi 100 m² olan, birmərtəbəli 3 otaqlı kənd xəstəxanasının dam örtüyü 5 m² sahədə yanıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Qeyd edək ki, xəstəxana hazırda fəaliyyət göstərmir.

AzVision.az


Teqlər:  





Xəbər lenti