Qazaxda arvadını öldürən kişi uşağını da boğub

Qazaxda arvadını öldürən kişi uşağını da boğub
  27 İyun 2016    Oxunub:5012
Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilinən Eldəniz Babayevin onun azyaşlı qızını da qətlə yetirməsi müəyyən edilib.
AzVision.az Daxili İşlər Nazirliyinə (DİN) istinadən xəbər verir ki, Gürcüstan vətəndaşı Elmira Tanrıverdiyevanı qətlə yetirməkdə şübhəli bilindiyinə görə iyunun 23-də tutulmuş Eldəniz Babayevin ətrafında Qazax RPŞ əməkdaşları tərəfindən aparılmış əməliyyat tədbirləri ilə onun Elmiranın azyaşlı qızı Fatiməni də boğma yolu ilə qətlə yetirməsi müəyyən edilib.

Uşağın meyiti Ağstafa çayının Xanlıqlar kəndindən keçən hissəsindəki sahildə tapılıb.

AzVision.az


Teqlər:





Xəbər lenti