Qaz idarəsinin müdiri işdən çıxarıldı

Qaz idarəsinin müdiri işdən çıxarıldı
  25 Noyabr 2014    Oxunub:2213
Göyçay Qaz İstismar İdarəsinin müdiri Murtuz Salahov işdən azad olunub. Göyçaydakı mənbənin bildirdiyinə görə, ona cinayət işinin açılması da gözləniləndir.

İdarə müdiri bir çox rayon kəndlərində köhnə qaz borularının kəsilib satılması, müqaviləsiz sayğacların quraşdırılması səbəbindən işini itirdiyi bildirilir.

Murtuz Salahovun özü işdən azad olunması xəbərini Aktual.az-a təsdiqləyib. Rayondakı mənbənin daha bir məlumatına görə, qaz borularının kəsilməsi ilə bağlı Göyçay Qaz İdarəsinin işçiləri polis idarəsinə çağrılıb və onlardan izahat alındığı deyilir.


Teqlər:





Xəbər lenti