Qaxda 4 otaqlı ev yanıb

Qaxda 4 otaqlı ev yanıb
  11 Fevral 2016    Oxunub:1492
Qaxda yanğın hadisəsi baş verib.
AzVision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumat verir ki, Qax rayonu, Qum kəndində (rayon mərkəzindən 8 km aralı) vətəndaşa məxsus ümumi sahəsi 121 kv.m olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 17:25-də yanğınsöndürənlər tərəfindən söndürülüb.


Teqlər:  





Xəbər lenti