Qatarlarda niyə kondisioner yoxdur?

Qatarlarda niyə kondisioner yoxdur?
  23 İyul 2014    Oxunub:1098
“Azərbaycan Dəmir Yolları”QSC-ə məxsus qatarlarda kondisioner sisteminin olmaması ilə bağlı saytımıza çoxsaylı şikayətlər daxil olub.
Həmin şikayətlərdə bildilir ki, havaların çox isti olmasına görə, rayonlararası qatarlarda səyahət etmək çox çətinləşib. Vaqonlar da köhnə olduqları üçün pəncərələr açılmır və insanlar havasızlıqdan əziyyət çəkir.

AzVision.az məsələ ilə bağlı “Azərbaycan Dəmir Yolları”QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədova müraciət edib.

Onun sözlərinə görə, elə vaqonlar var ki, onlarda kondisioner quraşdırmaq mümkün deyil:

“Bəzi vaqonlarda kondisioner yoxdur. Həmin vaqonlarda kondisioner quraşdırmaq texniki baxımdan mümkün deyil. Bəzilərində isə bu sistem var və hansısa bələdçi kondisioner olan vaqonda bunu işə salmağa imkan vermirsə, bu barədə aidiyyati mərkəzə şikayət etmək olar”.

Kondisioner quraşdırmaq mümkün olmayan vaqonlara gəlincə isə N.Əzməmmədov qeyd edib ki, onlar tədricən dəyişdirilir.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti