Qaraçuxuru kimlər yandırıb? - DİN-dən AÇIQLAMA

Qaraçuxuru kimlər yandırıb? - DİN-dən AÇIQLAMA
  27 Noyabr 2014    Oxunub:2434
Daxili İşlər Nazirliyi Qaraçuxur məscidində baş verən yanğınla bağlı araşdırma aparır.
Bu barədə AzVision.az-a DİN-nin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib. Nazirlik rəsmisi bildirib ki, məscidin kimlər tərəfindən yandırılması haqda araşdırma başa çatandan sonra məlumat veriləcək:

“Hadisə ilə bağlı araşdırma davam edir. Araşdıma yekunlaşdıqdan sonra məlumat veriləcək. Həbs xəbərləri də araşdırmadan sonra açıqlanacaq”.

E. Zahidov qeyd edib ki, hadisə ilə bağlı yayılan videoda əks olunan molotov kokteylindən istifadə məsələsi də hazırda araşdırılır.

Qeyd edək ki, Qaraçuxur məscidində baş verən yanığının videosu yayılıb. Videoda məscidə molotov kokteylinin atılması əks olunub.

Hafiz Əhmədov


Teqlər:





Xəbər lenti