Qarabağda erməni əsgər məhv edilib

Qarabağda erməni əsgər məhv edilib
  26 May 2016    Oxunub:3076
Azərbaycanın işğal altında olan ərazilərdə xidmət aparan erməni əsgər öldürülüb.
Bu barədə AzVision.az erməni KİV-nə istinadən xəbər verir.

Məlumata əsasən əsgər Vaqe Eqoyanın cəsədi mayın 25-i, saat 18:20 radələrində aşkarlanıb.

Onun Qarabağda şimal istiqamətdə olan hərbi hissələrdən birində naməlum şəraitdə öldürüldüyü bildirilir.

Ermənistan Müdafiə Nazirliyi faktla bağlı araşdırmalara başlayıb.

Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti