Qarabağda erməni çavuş əsgəri güllələyib - (VİDEOXƏBƏR)

Qarabağda erməni çavuş əsgəri güllələyib - (VİDEOXƏBƏR)
  17 Yanvar 2017    Oxunub:9730
Dağlıq Qarabağda erməni əsgər Qurqen Sarkisyanın yaralanması ilə bağlı insidentin yeni təfərrüatları məlum olub.

AzVision.az erməni KİV-inə xəbər verir ki, sıravi əsgər Qurqen Sarkisyan əsgər yoldaşı olan kiçik çavuş tərəfindən güllələnib.

Daha öncə yayılan məlumatlarda erməni əsgərin ehtiyatsızlıq nəticəsində özünü güllələdiyi haqda məlumatlar yayılmışdı. Hətta intihar versiyaları da müzakirə edilirdi.

Faktla bağlı Ermənistan Müdafiə Nazirliyi araşdırma aparır.

***
(14:24)

Ermənistan İstintaq komitəsi hərbçi Qurqen Sarkisyanın yaralanması ilə bağlı araşdırmalara başlayıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, hərbçi Qurqen Sarkisyan baş nahiyəsindən yaralanıb. O, dərhal xəstəxanaya çatdırılıb. Həkimlər onun vəziyyətinin ağır olduğunu bildirirlər.


***
(10:28)

Ermənistan ordusunun təmas xəttində xidmət edən hərbçisi yaralanıb.

AzVision.az erməni KİV-nə istinadən xəbər verir ki, yanvarın 16-ı saat 23:55 radələrində silahla ehtiyatsız davranma nəticəsində əsgər 1997-ci il təvəllüdlü Sarkisyan Qurqen Arutonoviç güllə yarası alıb.

Hadisənin intihar olduğu istisna edilmir.

Faktla bağlı Ermənistan Müdafiə Nazirliyi araşdırma aparır.



Eldar Tanrıverdiyev
AzVision.az


Teqlər:  





Xəbər lenti