Qarabağa qaçan rus milyarder saxlanılıb

Qarabağa qaçan rus milyarder saxlanılıb
  01 Sentyabr 2015    Oxunub:3026
Rusiyalı iş adamı Qerman Sterliqov Moskvada Domodedovo hava limanında saxlanılıb.
Trend-in TASS agentliyinə istinadən verdiyi məlumata görə, bunu iş adamının vəkili Artur Ayrapetov deyib.

O bildirib ki, Q.Sterliqov bu gün saat 17:00 radələrində Yerevandan Moskvaya gələndə saxlanılıb.

Vəkil Q.Sterliqovun saxlanılmasının onun dövlətlərarası axtarışa verilməsi ilə əlaqədar olduğunu istisna etməyib.

Qeyd edək ki, Azərbaycan Respublikasının suveren ərazisində törətdiyi cinayət əməllərinin tərkib əlamətləri nəzərə alınaraq, Q.Sterliqova qarşı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281.2 (dövlət əleyhinə yönələn açıq çağırışlar) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanıb və barəsində həbs qətimkan tədbiri seçilməklə beynəlxalq axtarışa verilib.


Teqlər:  





Xəbər lenti