Qarabağ qazisi dünyasını dəyişdi

Qarabağ qazisi dünyasını dəyişdi
  01 Mart 2015    Oxunub:2093
Qarabağ qazisi Yuri Valeryeviç Drobotov vəfat edib.
Qarabağ uğrunda gedən döyüşlərdə hər iki ayağını itirmiş döyüşçü dünən səhər saatlarında dünyası dəyişib.

Yuri Drobotov yanvar ayında ağır insult diaqnozu ilə hospitala yerləşdirilmişdi. O, Buzovnada Rasim İmanov küçəsindəki 36 saylı 5 mərtəbəli binanın sonuncu mərtəbəsində qoca anası ilə birgə yaşayırdı.

Qarabağ qazisinə yardım etmək istəyənlər onun anası Drobatova Marqarita Vasilyevnanın adına hesab açmışdılar.

Yuri Valeryeviç Drobotov 1971-ci ildə Bakı şəhərində anadan olub. 1991-ci ildən DİN-də işləməyə başlayıb. Həmin ilin ortasında Qarabağda gedən döyüş əməliyyatlarında, AMON-un tərkibində sonra 1992-ci ildə Şuşa şəhərində, Daşatltı əməliyyatında, Laçın, Kəlbəcər, Ağdam-Naxçivanik kəndində gedən döyüşlərdə fəali iştirak edib və ağır yaralanıb.

Müdafiə Nazirliyinin Hərbi Kilinik Hospitalında müalicə aldıqdan sonra yenidən döyüşlərə qatılıb. 776- saylı hərbi hissənin 2-ci Tağımının komandiri vəzifəsində olmaqla Cəbrayıl, Füzuli və 472 saylı hərbi hissənin tərkibində Qubadlı royununda gedən döyüşlərdə könüllü olaraq iştirak edib.

Drobotovun son döyüş yolu Zəngilan uğrunda gedən döyüşlərdə başa çatıb. Müharibədə aldığı yaralanmalar nəticəsində dizdən aşağı olmaqla əvvəlcə sağ, daha sonra isə sol ayağı amputasiya edilib. Bu bizim qəhramanımız barədə olan məlumat idi. (Ans)


Teqlər:





Xəbər lenti