Qarabağ ermənilərinə göndərilən yardımlar oğurlanıb satılırmış

Qarabağ ermənilərinə göndərilən yardımlar oğurlanıb satılırmış
  30 Aprel 2016    Oxunub:2692
Ermənistan hüquq-mühafizə orqanları Dağlıq Qarabağa göndərilən yardımların satılmasına dair yayılan xəbərlərlə bağlı araşdırma aparır.

APA-nın “operativ.am” saytına istinadən verdiyi xəbərə görə, Ermənistan Prokurorluğu “Orinats Yerkir” Partiyasının deputatı Levon Doxolyanın məlumatı əsasında Ermənistan Polisinə (Daxili İşlər Nazirliyi) sorğu göndərib.

L. Doxolyan özünün “Facebook” səhifəsində yazıb ki, Dağlıq Qarabağ üçün nəzərdə tutulan yardımlar Ermənistanda və Dağlıq Qarabağın özündə satılır. Ermənistan Polisinin ictimaiyyətlə əlaqələr və mətbuat şöbəsindən bildiriblər ki, L. Doxolyanın qeyd etdiyi məsələ ilə bağlı araşdırmalara başlanılıb. İstintaq aparılır.

AzVision.az


Teqlər:





Xəbər lenti