Qar yağacaq

Qar yağacaq
  20 Noyabr 2014    Oxunub:1844
Sabah Azərbaycanın rayonlarında da hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən AzVision.az-a verilən məlumata görə, noyabrın 21-də Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Bəzi yerlərdə çiskinli olacağı, gecə saatlarında yağış yağacağı ehtimalı var. Mülayim şimal-şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 7-10, gündüz 11-14 dərəcə isti olacaq.

Azərbaycanın rayonlarında da hava şəraitinin gecə və səhər saatlarında bəzi yerlərdə dumanlı, çiskinli, şimal və şərq rayonlarında isə yağıntılı olacağı gözlənilir.

Havanın temperaturu gecə 4-9, gündüz 11-16, dağlarda gecə 0-5 dərəcə isti, bəzi yerlərdə 3 dərəcə şaxta, gündüz 5-10 dərəcə isti olacaq.

Noyabrın 21-i axşam respublikanın şimal rayonlarından başlayaraq fasilələrlə yağıntılı keçəcəyi, bəzi rayonlarda intensiv olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar və qar yağacaq.

Noyabrın 23-dən 25-dək ölkə ərazisində şimal küləyinin güclənəcəyi, temperaturun ötən günlərlə müqayisədə 5-8 dərəcə aşağı enəcəyi gözlənilir.



Teqlər:  





Xəbər lenti