Qar dərsə davamiyyətə təsir etməyib - Rəsmi

Qar dərsə davamiyyətə təsir etməyib - Rəsmi
  08 Dekabr 2016    Oxunub:2472
Bakı Şəhəri üzrə Təhsil İdarəsi qarlı-şaxtalı hava şəraiti ilə əlaqədar ümumtəhsil məktəblərindəki şagirdlərin dərsə davamiyyəti ilə bağlı məlumat açıqlayıb.
Tədris İdarəsindən AzVision.az-a verilən məlumata görə, dərsə davamiyyətlə bağlı ciddi problem qeydə alınmayıb.

"Tədris prosesi əvvəlki qaydada davam etdirilir",-deyə bildirilib.

Qeyd edək ki, bu gün səhər saatlarından başlayaraq Bakı ərazisində qarlı və şaxtalı hava şəraiti hökm sürür.

Aytən Zəhra
AzVision.az


Teqlər:  





Xəbər lenti