Qapı kilidləndi, azyaşlılar köməksiz qaldı

Qapı kilidləndi, azyaşlılar köməksiz qaldı
  22 Oktyabr 2014    Oxunub:1168
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Yasamal rayonunda 2 nəfər azyaşlı giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Nazirliyin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, xilasedicilər doqquzmərtəbəli yaşayış binasının altıncı mərtəbəsində yerləşən mənzilin qapısını təhlükəsizlik qaydalarına riayət etməklə açıblar.

Mənzildə nəzarətsiz qalmış uşaqlar aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 19:34-də başa çatıb.


Teqlər:  





Xəbər lenti