Qanunsuz gələn miqrantların əl izləri götürüləcək

Qanunsuz gələn miqrantların əl izləri götürüləcək
  06 Oktyabr 2015    Oxunub:1441
Azərbaycanda məcburi dövlət daktiloskopik (əl-barmaq izləri) qeydiyyatına alınan şəxslərin əhatə dairəsi genişləndirilir.
AzVision.az xəbər verir ki, bu, “Azərbaycan Respublikasında dövlət daktiloskopik qeydiyyatı haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.

Dəyişikliyə görə, müvafiq qanunvericiliyə uyğun olaraq, Azərbaycanın hüdudlarından kənara çıxarılmalı olan, habelə qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulur.

Xatırladaq ki, qanunun hazırkı maddəsində qanunsuz miqrantların saxlanılması mərkəzində saxlanılan əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin məcburi daktiloskopik qeydiyyata alınması nəzərdə tutulmur.

Qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Anar Kəlbiyev


Teqlər:  





Xəbər lenti