Qanun layihəsinin müzakirəsi təxirə salındı

Qanun layihəsinin müzakirəsi təxirə salındı
  18 Aprel 2014    Oxunub:1072
Milli Məclisinin bu gün keçirilən iclasında bir sıra qanuna dəyişiklik edilib, bir qanun layihəsi isə gündəlikdən çıxarılaraq, növbəti iclasa saxlanılıb.
AzVision.az xəbər verir ki, plenar iclasda “Yol hərəkəti haqqında” qanuna, Cinayət-Prosessual Məcəlləsinə, İnzibati Xətalar Məcəlləsinə, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” sənədlərə dəyişiklər və “Dəniz limanları haqqında” (ikinci və üçüncü oxunuş) qanun müzakirə olunaraq qəbul edilib.

İclasa sədrlik edən Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov gündəlikdəki “Yaşıllıqların mühafizəsi haqqında” qanun layihəsinin müzakirəsini isə növbəti iclasa saxlamağı təklif edib və deputatların razılığı ilə bu təklif qəbul olunub.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti