Qanun dəyişdi, polis sürücüləri qova biləcək

Qanun dəyişdi, polis sürücüləri qova biləcək
  18 Aprel 2014    Oxunub:1320
Milli Məclisin plenar iclasında Azərbaycanda yol polisinə daha çox hallarda sürücüləri təqib etmək imkanı verən "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi haqqında" qanun layihəsi qəbul edildi.
Qanun layihəsinə əsasən, bundan sonra nəqiyyat vasitəsinin qanunsuz ələ keçirilməsi (qaçırılması) və ya sürücünün cinayət törətməkdə şübhəli bilinməsi barədə dəqiq məlumat olduqda yol polisi onu təqib edə bilər, həmin nəqliyyat vasitəsinin dayandırılmasına başqa imkan olmadıqda isə bu məqsədlə məcburi dayandırma vasitələrindən istifadə edə bilər.


Teqlər:





Xəbər lenti