Qalmaqallı komitədə yeni təyinat

Qalmaqallı komitədə yeni təyinat
  23 Avqust 2016    Oxunub:2608
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Aparat rəhbəri dəyişib.
AzVision.az APA-ya istinadən xəbər verir ki, Dövlət Komitəsinin Aparat rəhbəri Oqtay İbrahimov öz ərizəsi ilə işdən çıxıb.

Müvafiq əmrlə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Regional mərkəzlərlə iş şöbəsinin müdiri Ceyran Rəhmətullayeva Aparat rəhbəri təyin edilib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin müdiri Elgün Səfərov faktı təsdiqləyib.

Qeyd edək ki, bir müddət əvvəl Oqtay İbrahimov dələduzluqda ittiham olunan Səfər İmanovun yerinə təyin olunmuşdu.

AzVision.az


Teqlər:





Xəbər lenti