Qadınları Türkiyəyə satan azərbaycanlı tutuldu

Qadınları Türkiyəyə satan azərbaycanlı tutuldu
  28 May 2015    Oxunub:1559
Qadınların cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxs tutulub.
Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsindən AzVision.az-a verilən məlumatına görə, idarə əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində insan alveri cinayəti törətməkdə təqsirləndirilən Rzayeva Aidə Alim qızı ilə cinayət əlaqəsinə girərək Azərbaycan vətəndaşı olan qadınların Türkiyənin Ağrı şəhərində cinsi istismara məruz qoyulmasında iştirak etmiş şəxs müəyyən edilib.

Əməliyyat tədbirləri nəticəsində həmin şəxs – Mingəçevir sakini, 1977-ci il təvəllüdlü Məmmədova Zəminə Mövsüm qızı tutulub.

Faktla bağlı araşdırma aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti