Qadınlar məcburi şəkildə hərbi xidmət keçəcək

Qadınlar məcburi şəkildə hərbi xidmət keçəcək
  20 Oktyabr 2014    Oxunub:2069
Norveç parlamenti ölkədəki qadınların məcburi hərbi xidmət keçməsi barədə qanun layihəsini təsdiqləyib.
Bu barədə AzVision.az “BBC”yə istinadən xəbər verir.

Bundan sonra ölkədəki bütün qadınlar kişilər kimi eyni şərtlər çərçivəsində hərbi xidmət keçəcək.

İlk olaraq 2013-cü ilin müzakirəyə çıxarılan qanun layihəsi ötən həftə 96 deputat tərəfindən təsdiqlənib. Sadəcə 6 deputat qanun layihəsinin əleyhinə səs verib. Baş nazir və müdafiə nazirinin qadın olduğu Norveçdə qanun layihəsinin 2016-cı ildən qüvvəyə minəcəyi gözlənilir. Yaşı 19-44 aralığında olan qadınlar 19 ay müddətində Norveç ordusunda məcburi hərbi-xidmət keçəcək.

Eldar Tanrıverdiyev


Teqlər:





Xəbər lenti