Qadının çantasından 10 min dollar oğurlandı

Qadının çantasından 10 min dollar oğurlandı
  22 Noyabr 2014    Oxunub:2576
Qadının çantasından pulu oğurlayıb qaçdı
Ağdam rayon sakini Şəbnəm Dadaşpur ötən gün Yasamal RPİ 29-cu PB-yə müraciət edərək həmin gün Cəbrayıl rayon sakini Xanoğlan Cəbrayılovun ona zor tətbiq edərək içərisində 10.000 ABŞ dolları olan çantasını almasını bildirib. AzVision.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində X.Cəbrayılov saxlanılaraq, izahatı alındıqdan sonra buraxıblar. Faktla bağlı Yasamal RPİ tərəfindən araşdırma aparılır.


Teqlər:  





Xəbər lenti