Qadın boksçumuz ermənini diz çökdürdü

Qadın boksçumuz ermənini diz çökdürdü
  20 Sentyabr 2014    Oxunub:2496
Polşanın Kielçe şəhərində Roma olimpiadasının bürünc mükafatçısı, Avropa çempionu Leşek Droqoşun xatirəsinə həsr olunmuş beynəlxalq boks turnirinə start verilib.
Azərbaycan Boks Federasiyasından AzVision.az-a verilən məlumata görə, yarışda kişilərlə yanaşı, qadın idmançılar da gücünü sınayırlar. Turnirdə milli komandamızın məşqçisi İvan Yuşenkonun rəhbərliyi altında Yana Alekseyeva (60 kq) mübarizə aparır.

Alekseyeva ilk görüşdə Ermənistan boksçusu Aşixen Hovhanisyanı məğlub edib - 3:0.

Milli komandamızın üzvü bu gün polşalı Sandra Krukla üz-üzə gələcək.

AzVision.az


Teqlər:





Xəbər lenti