Qaban yerinə adam öldürdü

Qaban yerinə adam öldürdü
  28 İyun 2013    Oxunub:4532
İnsident Beyləqan rayonunda qeydə alınıb.
Beyləqan rayon prokurorluğundan AzVision.az-a verilən məlumata görə, İmişli rayon sakini Fuad Abbasov tanışları Arzu İbayev və Camal Hüseynovla birlikdə qaban ovu etmək məqsədilə Beyləqan rayonu Aşağı Çəmənli kəndi ərazisindəki vətəndaşlara məxsus torpaq sahələrinə gəldikdən sonra həmin əraziyə ov etmək üçün gələn Raman Əhmədov, Rafiq Vəliyev və Azər Mustafayev ilə taxıl sahəsinin kənarında oturub ov etmək üçün qaban gözləyiblər.

Onlardan 43 metr aralıda ov üçün qaban gözləyən Fuad Abbasov qaranlıqda Rafiq Yəliyevi və Raman Əhmədovun qaraltısını görüb qaban zənn edərək həmin istiqamətdə ov tüfəngi ilə atəş açıb.
Nəticədə Raman Əhmədov aldığı xəsarətlərdən hadisə yerində ölüb, Rafiq Vəliyev isə ağır yaralanıb.

Faktla bağlı araşdırma aparılır.



Teqlər:  





Xəbər lenti